Böyük Britaniyanın Kardiff Universiteti və ABŞ-ın Massaçusets Texnoloji Universitetinin alimləri Veneranın atmosferində bioloji mənşəyə malik olan fosfin aşkar ediblər.

Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti”yə tədqiqatla tanış olan mənbə məlumat verib.

“Kəşf Havaydakı Cames Klark Maksvell Teleskopu və Çilidəki Atakam antenası vasitəsilə edilib. Fosfin hissəciklərinin konsentrasiyası bir  milyardda 20 idi”, - deyə mənbə bildirib.

Fosfin rəngsiz zəhərli qazdır. Yerdə onu anaerob bakyeriyalar, yəni oksigen tələb etməyən mikroorqanizmlər sintez edir. Ekzoplanetlərdə (digər ulduzların ətrafındakı planetlərin) mümkün həyatın göstəricisi kimi 2019-cu ildən onların atmosferində fosfin axtarmaq təklif edilib.

O əlavə edib ki, kəşf barədə məlumat onlayn press-konfransda veriləcək.