Belarus prezidenti  Aleksandr Lukaşenko respublikadakı vəziyyətə əcnəbi müdaxilələrdən danışarkən bildirib ki, əgər xaricdə kiminsə “əlləri qaşınırsa”, “Minsk qaşıya” bilər.

Unikal.org bildirir ki, belə bir bəyanatı Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı edib. 

“Qətiyyətimizi nümayiş etdirdik, Belarus sərhədləri xaricində kiminsə əlləri qaşınırsa, istənilən vaxt qaşımağa hazırıq. Belarus sərhədlərinin İttifaq dövlətinin sərhədi olduğunu nümayiş etdirdiyiniz üçün sizə çox minnətdaram”, - deyə Lukaşenko bildirib.