Türkiyədə gün ərzində daha 63 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 119 nəfərə çatıb.

Son sutka ərzində 1716 nəfər koronavirusa yoluxub.