“Azərenerji”-nin Energetika İnstitutu doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC 2020- ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir.

 “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzindən Unikal.org-a verilən məlumata görə Nazirlər Kabinetinin 129 №-li “01” iyul 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Doktoranturanın yaradılması və doktoranturaya qəbul Qaydalarına” uyğun olaraq Elektrotexniki sistemlər və komplekslər, Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər, Yüksək gərginliklər texnikası, Sahə iqtisadiyyatı ixtisasları üzrə qəbul aparılacaq.

 “Fəlsəfə doktoru” və “Elmlər doktoru” proqramları üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir - ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, iş yerindən xasiyyətnamə, 3 ədəd fotoşəkil ( 3x4 sm ölçüdə), iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surəti. “Elmlər doktoru” proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. Xarici dil (ingilis, alman və fransız dillərindən biri) fənnindən imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu 2020-ci il sentyabrın 25-dək aparılacaq. Maraqlananlar Zərdabi prospekti 94 ünvanına yaxınlaşa və ya 0502288448 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.