İranda ötən sutka ərzində 2 705 nəfər koronavirusa (COVİD-19) yoluxub.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. 

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 407 353 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 811 nəfərin vəziyyəti ağırdır. İranda ötən 24 saat ərzində 140 nəfər koronavirusda ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 23 453 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 349 984 nəfər koronavirusdan sağalıb.