Amerikalı məşhur aktyor Kris  Evans “Instagram”ın hekayə bölümündə səhvən cinsiyyət orqanının fotosunu paylaşmaqla sosial şəbəkə istifadəçilərinin dilinə düşüb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aktyor fotonu silsə də, həmin foto sürətlə sosial şəbəkədə paylaşılıb. Hekayə bölümdə video paylaşmaq istərkən belə bir hal yaşayan aktyora sənət yoldaşı Mark Rufallo "Trampın hələ də hakimiyyətdə olmasından daha utancverici heç bir şey ola bilməz” deməklə  dəstək oldu.

Qeyd edək ki, Evans Marvel Kinematoqrafiya Kainatının filmlərində "Kapitan Amerika" və "Fantastik dördlük" filmlərində Conni Ştormu canlandırmasına görə tanınır.