Yaponiyada çərşənbə günü keçirilən onlayn səsvermədən sonra Baş nazir seçilən Yosihide Suqa yeni hökuməti formalaşdırdı.

Unikal.org xəbər verir ki, NHK kanalı nazir postlarına təyinatları canlı olaraq yayımlayıb.

Beləliklə, 64 yaşlı Tosimutsu Moteqi Yaponiyanın XİN rəhbəri postunda qalıb. Ölkənin İqtisadiyyat, ticarət və sənaye naziri 64 yaşlı Xirosi Kadziyama öz postunu saxlayıb.

Ölkənin sabiq Baş naziri Sindzo Abenin qardaşı, XİN rəhbərinin keçmiş müavini 61 yaşlı Nobuo Kisi Yaponiyanın Müdafiə naziri təyin olunub.

Hərbi qurumun sabiq rəhbəri 57 yaşlı Taro Kono isə İnzibati İslahatlar naziri olub. 

İctimai Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Röta Takeda Daxili İşlər və Kommunikasiya naziri olub. Müvafiq olaraq, komitəyə Hatiro Okonogi rəhbərlik edəcək.

Takuya Hirai Rəqəmsal İşlər, Yoko Kamikava Ədliyyə, Norihisa Tamura Əmək və Sosial Rifah, Kotaro Noqami Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq nazirliklərinə rəhbərlik edəcəklər.

İndiyədək Yosihide Suqanın icra etdiyi Yaponiya Nazirlər Kabinetinin baş katibi vəzifəsi isə 64 yaşlı keçmiş Səhiyyə, Əmək və Rifah naziri Katsunobu Katoya həvalə olundu.

Yaponiya hökumətinin Baş nazirinin müavini, Maliyyə naziri olaraq qalır 79 yaşlı Taro Aso qalır.