Milli  Məclisin İctimai  birliklər  və dini qurumlar komitəsinin  payız sessiyasında ilk iclası sentyabrın 16-da keçiriləcək.

Unikal.org-a Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda  “2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə Hesabat” dinləniləcək.  

Sonra komitənin 2020-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

Qeyd edək ki, Milli  Məclisin İctimai  birliklər  və dini qurumlar komitəsi sədri Fəzail İbrahimlidir.

Hüseyn İsgəndərov