Ermənistan ordusunun hərbçisi Ermənistan-Azərbaycan dövlət sərhədində qeyri-müəyyən şəraitdə ölüb.

Unikal.org “Aysor”a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Müddətdən artıq hərbçi, kiçik çavuş Ovik Tamazyanli müəmmalı şəraitdə odlu silahdan açılan atəş nəticəsində yaralanaraq ölüb.