Məşhur müğənni Halil Sezainin kirayələdiyi villanın önündə mülkün sahibi 67 yaşlı Hüseyin Meriçi döydüyü anların video görüntüsü yayılıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni villanın sahibi film çəkilişinə icazə vermədiyi üçün belə bir addım atıb. 

“Məni çox pis döydü, kəlmeyi-şəhadət gətirdim, o da azan oxuduğumu zənn edib lap pis döydü,” - deyə Meriç mediaya açıqlamasında bildirib. 

Qeyd edək ki, Halil Sezai polis bölməsində ifadə verdikdən sonra sərbəst buraxılıb.