Qüds şəhərində yerləşən Məscidül-Əqsa (Əl-Əqsa) müvəqqəti olaraq ibadət üçün bağlı elan edilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məscidin koronavirusa yoluxanların sayında sürətlə artım müşahidə olunduğu üçün fəaliyyətini dayandırdığı bildirilir. Məlumata əsasən, Əl-Əqsa 3 həftə ərzində işləməyəcək. 

Qeyd edək ki, Məscidül-Əqsa islam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur.

Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır.