Ermənistan Qeqarkunik vilayətində “Mercedes” avtomobilin Sevan gölünə (Göyçə gölünə) düşməsi nəticəsində hərbçi ölüb.

Unikal.org xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, hadisə Sovaqyux-Şorja-Vardenis avtomobil yolunun 53-cü km-liyində baş verib. Qəza nəticəsində ölən sürücü 32 yaşlı hərbçi, Sünik sakini Nune Avetisyandır.

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan ordusunun hərbçisi kiçik çavuş Ovik Tamazyan da ölüb.