Belarus lideri Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putin ilə bu yaxınlarda baş tutan görüşü zamanı rusiyalı həmkarından “bir neçə silah növü” istəyib.

Unikal.org “Sputnik Belarus” istinadla xəbər verir ki, bu barədə dövlət başçısı RF-nın Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.

“Mən həmçinin Rusiya prezidentindən bir neçə silah növü istəmişəm. Ona dedim ki, siz gələndə Birlik Dövləti baxımından nəyi və harada gücləndirməli olduğumuza baxarıq. Qorxacaq bir şey yoxdur, buna getməyə hazırıq. Son hadisələr göstərir ki, həm belarusların, həm də rusların maraqlarını qorumaqda daha cəsarətli olmaq lazımdır”, - deyə Lukaşenko qeyd edib.