"Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Unikal.org  xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" komandası ilə qarşılaşıb.

Kiprdəki “AEK Arena”da stadionunda keçirilən görüşü serbiyalı hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Scran Yovanoviç olub.

Matçın əsas vaxtında hesab açılmayıb. Qarşılaşmada əlavə vaxt oynanılıb.

102-ci dəqiqədə “Qarabağ”ın qapısına penalti təyin edilib. Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev zərbəni dəf edib.

Əlavə vaxtda qalib müəyyənləşməyib. Penaltilər zərbəsində qalib gələn (6:5) "Molde" növbəti tura yüksəlib. Bununla “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb.
 

***21:11

UEFA Çempionlar Liqasının III turunun "Qarabağ" - "Molde" (Norveç) oyunu start götürüb.

Unikal.org xəbər verir ki, Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Qeyd edək ki, bu cütün qalibi pley-offda "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) duelinin güclüsü ilə qarşılaşacaq.