Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb. 

Unikal.org xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun altı nəfər rəfiqəsi, restoran işçilərindən dörd nəfər müəyyən olunub. 

Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.