“Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

“Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər. Digər tərəfdən isə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin qəbul olunmasına da çox böyük ehtiyac var. Mənə məlumat daxil olmuşdu ki, Əfv Komissiyasının üzvlərinin biri olan deputatın sürücüsü kimlərinsə adını siyahıya saldırıb. Mən bilmirəm o hansı deputatın sürücüsüdür. Ancaq hər halda bu məsələ araşdırılmalıdır. Kimlərsə sürücülər vasitəsilə adının siyahıya salınmasına nail olur”.”.

Daha sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deputat həmkarı Elman Nəsirovun deputat sürücüsünün əfv siyahısına adam adı saldırması fikrinə münasibət bildirib.

O,  qeyd edib ki, bu, kifayət qədər ciddi ittihamdır:

“Əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa, bunu müəyyənləşdirmək  lazımdır. Mən həmin adamın özünün daha sonra əfvinin necə olacağını bilmirəm. Hər halda jurnalistlər də bu məsələni araşdıra bilər”.