“Bir az vaxtından gec oldu, amma sağ olsunlar mənə dəyər verdilər. Gedən həmkarlarımıza Allah rəhmət eləsin. Gənclərə indi çox yaxşı şərait yaradılıb. Biz çox əziyyət çəkirdik”. 

Unikal.org xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "MTV Azərbaycan"a açıqlaması zamanı deyib. Aktrisa sənətdə təsadüfi adamların çox olduğunu bildirib.

“Sənət çox ucuzlaşdırdılar. Bizim reklama ehtiyacımız yoxdur. Artıq tanınmışam. Deməli, mənə maddi cəhətdən kömək lazımdır. Mən də maddiyyatı fikirləşib iş təklifinə razılıq verirəm. Birinci təklif gələndə pulu soruşuram. Daha sonra hansı obrazı canlandıracağımı soruşuram.  Gənclər... Bu gün tanınmaq üçün,  puldan da imtina edərlər. Təki reklamları olsun. Bizim indiki gənclər universiteti bilmirəm necə bitiriblər. Nə baş işləyir, nə ürək, nə də dil... Biz sənətə gələndə populyarlıq, maddi tərəfi düşünmürdük”, - deyə aktrisa bildirib.