Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Novxanıda 50-CE-004 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək, öncə yolda olan işıq dirəyinə çırpılıb, daha sonra zərbənin təsirindən maşın yoldan çıxaraq, kənardakı qaz borusuna çırpılıb. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.