"Neftçi" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.  

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi 1:3 hesabı ilə qalib gəlib.

***

21:25

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda dördüncü qol vurulub.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi fərqi artırıb - 1:3. 

63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb.

***

21:10

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda üçüncü qol vurulub.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib. 

48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.

21:07

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci qol vurulub.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada "Neftçi" hesabı bərabərləşdirib - 1:1.

46-cı dəqiqədə Mamadu Mboc fərqlənib.

***

21:03

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci hissə başlayıb.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi öndədir - 1:0

Hələ ki, yeganə qolu 19-cu dəqiqədə Mbaye Diaqne vurub.

***

20:47

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyununda birinci hissə başa çatıb.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada fasiləyə İstanbul təmsilçisi öndə yollanıb - 1:0. Mbaye Diaqne 19-cu dəqiqədə başla dəqiq oynayıb.

***

20:22

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyununda hesab açılıb.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.

***

20:00

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu start götürüb.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya "Renova"sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək. 

****

19:23

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Şimali Makedoniyanın "Renova" klubunu 1:0 hesabı ilə məğlub edən Xorvatiya "Hayduk"u növbəti mərhələyə yüksəlib.

Unikal.org xəbər verir ki, komanda növbəti raundda "Neftçi" - "Qalatasaray" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

III təsnifat mərhələsi sentyabrın 24-də olacaq. "Hayduk"la yanaşı Kipr APOEL-i və Norveç "Rusenborq"u da mərhələ adlayıb. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.