Bakı evdən partlayıcı sursat aşkarlanıb.

Unikal.org  DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, qumbara saxladığına görə tutulmuş E.Əliyevin ətrafında Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Nəticədə onun Mehdiabad qəsəbəsindəki evinin həyətindən əlavə 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 9 ədəd 5,45 çaplı patrona aid gilizlər aşkar edilərək götürülüb.