Vladimir Leninin nəşinin alınmasına 50 milyon dollardan çox vəsait yığılıb.

Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti”yə amerikalı rəssam Devid Datun deyib.

Qeyd edək ki, bir müddət əvvəl Datun Vaşinqtonda Lenin məqbərəsinin  nüsxəsini tikmək təşəbbüsü ilə çıxış edib və Leninin cəsədini bir milyon dollarlıq ilkin ödəniş müqabilində satın almaq istədiyini, lakin bu məqsədlə daha da çox vəsait toplamağa hazır olduğunu da bildirmişdi.

Rəssamın sözlərinə görə, yeni məqbərə prezident seçkiləri ərəfəsində xüsusilə ehtiyac duyulan bir dəyişiklik simvoluna çevrilə bilər.