Ağsu rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Maşadqanlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.