Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Unikal.org-un xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Rüstəmova Zülfiyyə Məhəddin qızı Türkiyədə saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.

Z.Rüstəmova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.