Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası bildirib. Qeyd olunur ki, sentyabrın 17-də keçirilmiş rutin koronavirus testləri zamanı 4 baş hakim və 2 yan hakimin nəticəsi müsbət çıxıb.

Onların hər hansı bir simptomu olmasa da, 14 gün müddətinə karantinə alınıb.

Qeyd edək ki, bu günədək Türkiyədə 299 mindən çox şəxs koronavirusa yoluxub, 7 377 nəfər ölüb.