Gürcüstanda son 24 saat ərzində daha 196 nəfərə koronavirus diaqnozu qoyulub, 13 pasiyent müalicə olunaraq sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 3 502 nəfərə, sağalanların sayı isə 1 494-ə çatıb. Xəstəlik səbəbindən 19 nəfər dünyasını dəyişib.

Karantində 5 014, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.