Qanada avtobus qəzası səkkiz futbolçunun həyatına son qoyub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, avtobus çaya düşüb.

Nəticədə səkkiz futbolçu vəfat edib. Dörd futbolçu isə hazırda ağır vəziyyətdə xəstəxanadadır. 

Bildirilir ki, komanda gənclər futbol liqasında iştirak etməkdən ötrü qeydiyyatdan keçməyə yollanıbmış.