Sentyabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası  keçiriləcək. 

Unikal.org xəbər verir ki, iclasın gündəliyinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi  daxil edilib. 

Onlayn toplantıda komitə  üzvləri  cari  məsələlərlə  bağlı fikir  mübadiləsi  də aparacaqlar.