Avropa Birliyinin xarici işlər nazirləri Belarusa qarşı sanksiya tətbiq etməklə bağlı razılıq əldə edə bilməyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Jozep Borrel açıqlama verib.

O, sanksiya məsələsinin bu həftə Avropa liderlərinin birgə görüşündə müzakirə olunacağını bildirib.