“Facebook”un qurucusu və baş direktoru Mark Zukerberq Cənubi Koreya istehsalı olan  “Samsung” smartfonlarına üstünlük verir.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, M.Zukerberq bu barədə texnobloqer Marks Braunliyə müsahibə verərkən bildirib.

“Facebook”un rəhbəri bildirib ki, xüsusən son illər “Samsung” şirkətinin məhsullarına üstünlük verir və smartfonlar üçün istifadə etdiyi ən sevimli əməliyyat sistemi “Android”dir.