Hindistanın ən böyük şəhərlərindən olan Mumbayda 3 mərtəbəli bina çöküb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində 13 nəfər dünyasını dəyişib, 11 nəfər yaralanıb.

Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb edilib.  Belə ki, aidiyyatı qurumların açıqlamasına görə, 30-dan çox şəxsin dağıntılar altında qaldığı bildirilir. 

Araşdırma davam etdirilir.