Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, o, bu təyinata qədər Çevik Polis alayında komandir vəzifəsində çalışıb.

Murad İbrahimli