Gürcüstanda son 24 saat ərzində daha 218 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, 40 nəfər sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 3 913-ə, sağalanların sayı isə 1 574-ə çatıb. Xəstəlikdən 22 nəfər vəfat edib.

Hazırda karantində 4 988, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.