İspaniya "Barselona"sından ayrılan Arturo Vidalın İtaliyanın "İnter" komandasına keçidi rəsmiləşib.

Unikal.org Milan təmsilçisinin saytına istinadən xəbər verir ki, çilili futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Klub 33 yaşlı yarımmüdafiəçinin transferi üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Vidal "Barselonaya 2018-ci ilin yayında Almaniya "Bavariya"sından 18 milyon avro qarşılığında keçib.