“Qarabağ” heyətini yeni hücumçuyla gücləndirə bilər.

Unikal/org xəbər verir ki, Ağdam təmsilçisi italiyalı hücumçu Manuel Puççiarellini transfer etmək niyyətindədir. Bu barədə “lanazione.it” saytı məlumat yayıb.

Məlumatda, “Kyevo”nun şərəfini qoruyan futbolçunun gələcək taleyinin qeyri-müəyyən olduğu bildirilib. Ona son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam etdirilir. 29 yaşlı hücumçunun gələcəyi ilə bağlı məsələnin tezliklə həll ediləcəyi deyilir.