Bakıda geyim mağazasında yanğın olub.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 m² olan geyim mağazasının texniki otağında elektrik lövhəsi və əşyalar yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

****

15:43

Bakıda mağazada yanğın başlayıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə paytaxtın Nizami küçəsi, 91 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən geyim mağazasında yanğın başlayıb. Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın məhdudlaşırılıb.

Əlavə məlumat veriləcək.