Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin həbsdə olan sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə "Elektron məhkəmə" portalında bildirilib.

Məlumata görə, sentyabrın 22-də Səbail rayon məhkəməsində hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılsa da, təxirə salınıb. Daha sonra vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

F.Bağırov iyulun 7-də DTX-nın Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. İyulun 9-da onun barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, F.Bağırov Azərbaycanın Türkiyədəki keçmiş səfiridir.