ABŞ-ın keçmiş prezidenti Barak Obama “Twitter”dəki hesabında telefon nömrəsini qeyd edərək, amerikalılardan ona prezident seçkiləri ilə bağlı planlarına dair SMS-lər göndərməyi xahiş edib.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.

“Yeni nəyi isə yoxlayaq. Əgər siz Birləşmiş Ştatlardasınızsa, mənim 773-365-9687 nömrəli telefonuma mesajınızı göndərin”, – sabiq prezidentin paylaşımında deyilir.

Siyasətçi amerikalılardan işlərinin necə olması, nə barədə düşünmələri və bu il kimə səs verməyi planlaşdırdıqları barədə danışmağı xahiş edib.

Sabiq prezident qeyd edib ki, o vaxtaşırı “insanlarla əlaqədə olacaq”. Obama qarşıdakı səsvermə haqqında öz fikirlərini bölüşəcəyini söz verib.

Qeyd edək ki,ABŞ-da prezident seçkiləri noyabrın 3-ə planlaşdırılır, bir sıra ştatlarda artıq vaxtından əvvəl səsvermə başlayıb. Hazırkı dövlət başçısı Donald Tramp ikinci müddətə prezidentliyə namizəddir. O, demokratların namizədi Co Baydenlə mübarizə aparacaq.