Rusiya Televiziyasının Birinci Kanalı və "Yellow, Black and White" studiyası kosmosda ilk bədii filmi çəkəcək.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, filmin baş qəhrəmanı Beynəlxalq Kosmik Stansiyaya 2021-ci ildə "Soyuz MS" gəmisində göndəriləcək. Kinonun işçi adı "Çağırış"dır. Baş qəhrəman və onun dublyoru açıq müsabiqə nəticəsində müəyyən ediləcək.