“Dost Gürcüstana rəsmi səfər üçün yola düşmüşəm. Strateji əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı səmərəli müzakirələrin olmasını gözləyirəm”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov öz "Twitter" səhifəsində yazıb.

“Beynəlxalq hüquq normaları və prinsiplərinə ciddi hörmət əsasında regional sülhü, təhlükəsizliyi və tərəqqini təmin etməyə qərarlıyıq”, nazir vurğulayıb.