Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

Unikal.org məlumatına görə, mükafat uğrunda həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.

Çempionlar Liqasının son qalibi “Bavariya” Avropa Liqasının ən güclüsü “Sevilya”nı sınağa çəkəcək. Rəqiblər indiyədək hərəyə 1 dəfə bu kuboka sahib çıxdığından ikinci mükafat üçün mübarizə aparacaq.

Qeyd edək ki, “Bavariya” – “Sevilya” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Superkuboku
24 sentyabr
23:00. “Bavariya” (Almaniya) – “Sevilya” (İspaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. “Puşkaş Arena” stadionu