Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində həmkarı David Zalkaliani ilə görüşüb.

Unikal.org xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyində baş tutan görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, nazir C. Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.