Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 394 nəfərə çatıb.

Unikal.org-un verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 329 nəfər sağalıb, 63 nəfərin müalicəsi davam edir. 5 nəfərin vəziyyəti ağır, 7 nəfərin vəziyyəti isə orta ağırdır. 85 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.