Bəşəriyyət koronavirus pandemiyası sınağından keçə bilmədi, xəstəlik səbəbindən həyatını itirənlərin sayı artıq milyona yaxınlaşır.

Unikal.org xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Baş Assambleyanın iclasında deyib.

“Pandemiya beynəlxalq əməkdaşlıq üçün keçə bilmədiyimiz sınaq idi. Koronavirus bütün dünyada 30 milyondan çox insana yoluxub və bir milyona yaxın insanı öldürüb, o, nəzarətdən çıxıb. Bu, qlobal hazırlıq, qarşılıqlı fəaliyyət, birlik və həmrəylik çatışmazlığının nəticəsidir”, - deyə A.Quterreş bildirib.

Onun sözlərinə görə, koronavirus bütün dünyanın üzərini qara bulud kimi alıb: "Həmçinin o, bizi fəaliyyətə təşviq edəcək xəbərdarlıq oldu. Seçim haqqımız yoxdur. Ya qlobal institutlar çərçivəsində birləşməli, ya da fitnə və xaosla əzilməliyik”.