Paytaxtın ayrı-ayrı üç rayonunun ərazisində yol nəqliyyat hadisələri baş verib.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, hadisə Qaradağ, Nəsimi, Nərimanov rayonlarında qeydə alınıb.

Şamaxı-Müşfiqabad yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində 1991-ci il təvəllüdlü Mərdanova Günel Müşfiq qızı yolu keçərkən onu maşın vurub.

Metronun "20 Yanvar" stansiyasının yaxınlığına yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində 1966-cı il təvəllüdlü Seyidova Şəmsiyyə Məhiyyədin qızını avtomaşın vurub.

Metronun "Koroğlu" stansiyasının yaxınlığında, Nərimanov rayonunda isə 1985-ci il təvəllüdlü Babayev Soltan Qurbanəli oğlu avtobus dayanacağında dayanarkən onu avtomobil vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.