Tanınmış iş adamı Əliyev İlqar Aqil oğluna qarşı külli miqdarda oğurluq edən 4 nəfərin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Unikal.org-un məlumatına görə, Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq etmə) maddəsi ilə təqsirləndirilən Abduləliyev Anar Ağamusa oğlu, Mikayılov Taleh Ələmşah oğlu, Əkbərov Əziz Vidadi oğlu və Yarıyev Sadiq Sahib oğlunun məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edir. 

Məhkəmə iclası zərərçəkmiş İlqar Əliyevin nümayəndəsinin məhkəmə prosesinə gəlməməsi səbəbindən bir dəfə təxirə salınıb. Növbəti məhkəmə prosesi oktyabr ayının 1-nə təyin olunub. 

Azər İsrafilov