“Real” İspaniya La Liqasının 3-cü turu çərçivəsində “Betis”lə qarşılaşacaq.

Unikal.org xəbər verir ki, “kral klubu” sözügedən səfər matçında Marselonun köməyindən istifadə edə bilməyəcək. Bu barədə “Real”ın mətbuat xidməti məlumat yayıb. Braziliyalı müdafiəçi belindəki ağrılar səbəbindən “Betis”lə oyunu buraxacaq.

Bu gün keçiriləcək “Betis” – “Real” matçı saat 23:00-da start götürəcək.