İspaniyanın Villamalea şəhərində  şərab zavodunda partlayış baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Bodegas Vitivinos" adlı şərab zavodunda baş verən partlayışda nəhəng tankdan axan təxminən 50 min litr qırmızı şərab ətrafa yayılıb.

Şirkət rəsmiləri partlayışın baş vermə səbəbini açıqlamayıb.  Lakin onlar şirkətin böyük maliyyə itkisi yaşadığını bildirib.