Masallı rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, elektrik cərəyanı 1993-cü il təvəllüdlü İsgəndərova Esmira Zamir qızını vurub. Yaralı təcili yardımın köməyi ilə əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozlaŕı qoyulub.