Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəyanat yayıb.

Unikal.org xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumatda deyilir:

“Mövcud məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət kəskin şəkildə pisləşib. Hər iki tərəfdən təmas xətti boyunca intensiv atəş davam edir. İtkilər barədə məlumatlar gəlir. Vəziyyəti sabitləşdirmək üçün tərəfləri dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırırıq”.