Ermənistan ordusu cəbhəyanı kəndlərdə çəkiliş aparan türkiyəli jurnalistləri atəşə tutub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müxbirlər əyinlərində jurnalist forması olmasına baxmayaraq, Ermənistan ordusunun əsgərləri tərəfindən atəşə tutulublar.

Onlar atəşdən son anda xilas olublar.